"Izmirin işgalından sonra, 1918-1922-ci iller imperalist dövletleri Türkiye ni parçalamaq siyasetine qarşı ölkede türk xalqının milli -azadlıq müharibesi başlandı. Bu harekatın başında Osmanlı Ordusunun istedadlı generalı, türk xalqının milli qahramanı Mustafa Kamal Paşa dururdu. Milli azadlıq ideyaları ile başlanmış bu müharib 1923-cü ilin son baharında türk xalqının tam qalabesi ile başa çatdı."
Bu satirlar Azerbaycanda neşr edilmiş "Atatürk ve Türkiye medeni inqilab" kitabından götürülmüşdür. Eser XX asrin böyük islahatçısı M.K.Atatürk ve Türkiye cumhuriyyetinin 70 illiyin hasr olunmuşdur. Ilgi çeken ise budur ki, Türkiye ve Atatürk heyranı olan, Bakının yaxınlıgında yerleşen Maştaga kendinin Xeyriyye Cemiyyeti neşr edib. Kitab giriş, 5 fasil ve neticeden ibaretdir.
1 fasil "Türkiyede medeni deyişikliklerin ilkin sosial-siyasi şartlari" adlanır. M.K.Atatürkün bir müdrik kelmesi sanki bu fesle istiqamet verir: "Tarixi yazmaq, tarixi yaratmaq qeder mühümdür. Eger yazan yaradana sadiq qalmazsa, yazılan tarix insanları çaşdıracaq mahiyyet kesb edir"
2 fesil "Türkiyede dünyevi tehsil ve sosial elmlerin vahid sistemli inkişafı",
3 fesil "Kamalçı islahatlar dövründe Türkiyede musiqi ve tesviri senet" adlanır. Bu fesilde de M.K.Atatürkün müdrik kelamı diqqeti çekir: ... Bir millet ki, resm bilmesin, heykeltaraşlıq bilmesin... ele milletin tarixi tereqqide yeri your."
4 fesil yene de M.K. Atatürkün sözleri ile başlanır: "Sizin Vetene en böyük xidmetiniz Anadolumuzu başdan-ayaga dolaşıb xalqımıza senetin ne oldugunu anlatmanız olacaqdır." Bu fesilde Türkiyede milli kino ve teatrın yaranması danışılır.
5 fesil "Türkiye idman ve beden terbiyesinin inkişafı" adlanır. Yene de bu sahe üzre M.K.Atatürkün fikri diqqet merkezindedir. Eserin sonunda ulu önderin türk xalqına önem verdiyi bir fikirle davam edir: "Türk milletinin böyük millet oldgunu bütün medeni alem az zamanda bir daha görecekdir." M.K.Atatürkün türk xalqına verdiyi qiymet bu bir cümlede çox gözel ifade ounmuşdur.
1963-cü ilde "Form" qezetinde "Atatürk ve Qerb" meqalesinde deyilirdi ki, indi de maarif, elm, incesenet sahesinde bir çox mürekkeb problemleri hell ederken Türkiyenin görkemli xadimleri M.K. Atatürkün baxışları ve ideyalarına müraciet edir".
Dünya tarixçilerinin etiraf etdiyi kimi, milli medeniyyetin yaranması ve teşkilinde M.K.Atatürkün evezsiz xidmetleri olmuşdur.
"Netice" de Ziya Gökalpın 1923-cü ilde M.K.Atatürke hesr etdiyi şerden iki misra verilmişdir:
O milli dühanın tam kamalıdır,
Türkün hem celalı, hem cemalıdır.
Kitab yazılarken 289 menbeden, hemçinin M.Kmalın 1929-cu ilde Moskvada neşr edilen "Yeni Türkiyeye geden yol (1-4 cildler)", I.V.Elibeyovun rusca yazdıgı "Türkiyede dövlet kapitalizmi" kitabından istifade olunmuşdur. Burada 62 kitabın adı çekilir, bu kitablar rus dilindedir, çoxunun yazarı Avropa alimleridir. Hemçinin melumat kitablarından, dövrü metbuatdan istifade etmişler. Bunlar da rus ve türk dillerinderir.
Mustafa Kamal haqqında Qocatürk Utkanın "Atatürk kitabı", Melek Melih Bayrının "Güneş gözlü Mustafa Kamal" kitabları oxucuların ixtiyarına verilmişdir.
Bütün Azerbaycan türkleri Atatürk heyranıdır, bu heyranlıgı şairlerimiz, ediblerimiz öz yaradıcılıqlarında zaman-zaman qeleme alımışlar. Bele şairlerden biri de qatı türkçü, milletçi yaradıcılıgının en qaynar çagında heyata "elvida" deyen şair-alim Rafiq Zeka Xendandır. 1998-ci ilde onun "Atatürkiye" kitabı Türkiyeni ve Atatürkü canı -qanı qeder seven Azerbaycan türkleri üçün en gözel ermegan olmuşdur.
R.Z.Xendanın Türkiye-Atatürk mehebbetinden danışmaq ayrıca bir mövzudur. Burada ise sizi onun Atatürk haqqında bir neçe fikirleri ile tanış etmek isteyirem. "Niye kitabın adı Atatürkiye?" sualına şair bele cavab verir. "Atatürkün yolu ile gedenlere damga vuranlar memleketi parçalamaq isteyenler de var. Ona göre de bugünkü Türkiyeni Atatürkiye görmek isteyenlerin üreklerinin derinliklerinden qopan yangılı seslere ses vermek isterem"
Rafiq beyin kitabından öyrenirik ki, 1987-ci ilde "Yazıçı" neşriyyatı terefinden basılmış ve Xalq Yazıçısı Mirze Ibrahimovun "Ön söz" yazdıgı "Yurdum, ulusum" kitabında Türkiyeye hesr olunmuş şerler çour. Orada Rafiq beyin bu şeri neşr edilib: "Ayrıldıq, Ata". Aşagıdakı misra belke de bu şerin şah misrasıdır:
Atatürkdür Atamız,
söylemeyen türk your.
Bu kitabda Rafiq bey M.K.Atatürk haqqında yalnız öz fikirlerini söylemir, o tapdıgı zamandan istifade ederek bir vaxtlar Atatürkün ismini qorxa-qorxa söyleyib, lakin bu ismi bütün dünyaya bagıraraq söylemek isteyen Azerbaycan türklerine böyük önder Atatürke hesr olunmuş Orhan Seyfi Orhanın "Atatürkün ölümü" şerini söyleyir. Onun ardınca: "Ayrıldıq, Atam" şerinden iki bendi oxuculara teqdim edir:
Dünya darılır erşe çıxan nisgilimizden,
Ayrıldıq, Atam, sen kimi can sevgilimizden.
Şair Anıt Mezarı ziyaret edir. Bura gelen uşaqlara baxır ve söyleyir:
Könül Size türküsünü açıqlar,
Sevginizle etirlenir butamız.
Babanıza "Ata" deyin cocuqlar,
Gece-gündüz yada düşsün Atamız!
Hemçinin R.Z.Xendanın 1989-cu ilde "Edebiyyat ve incesenet" qezetinde "Gözelim, Istanbulum" şeri neşr olunub. Istanbuldan konuşan şair Atatürkü yana-yana xatırlayır:
Musiqidir, şerdir, selin, ruzigarın, mehin,
Qaynagını görmüşem sende qövsü-qüzeyin,
Fatehler fatehidir Sultan Mehmet fatehin
Atatürküme benzer çetin bir insan bulum
Gözellerin gözeli, gözelim Istanbulum.
Önder Atatürkün ismi Azerbaycan prezidenti, hörmetli H. Eliyevin çıxış ve meruzelerinde tez-tez çekilir. "H.Eliyev Azerbaycanı dünyaya tanıdır" kitabında oxuyuruq: "Azerbaycan prezidentinin Türkiyeye seferi türk xalqının en böyük ziyaretgahı M.K.Atatürkün meqberesini ziyaretden başladı. H.Eliyev Atatürkün meqberesine eklil qoydu, türk xalqının böyük oglunun ruhuna etiramını bildirdi. Fexri qonaqlar kitabında ürek sözlerini yazdı: "Unudulmaz Atatürkün müqeddes adı, solmayan siması minillerdir Türkiye ve Azerbaycan dostlugunun gelecek yoluna parlaq işıq saçır."
Kitabda "Biz eyni kökden boy atmışıq" adlı bu yazıda M.Kamalın türk xalqı üçün özünü şam kimi yandırmasından söhbet açılır: "70 il bundan önce dahi ve böyük önder M.Kamal Atatürk Böyük Millet Meclisinin esasını qoymuş, Türkiye Cumhuriyyetini yaratmışdır."
Azerbaycan prezidenti hörmetli H.Eliyev Türkiyenin Milli Meclisinde çıxış ederken M.Kamalı ehtiramla xatırlayır: "Böyük insan, bütün türk dünyasının dahi şexsiyyeti, Mustafa Kamal Atatürkü ehtiramla yad edirken onun gördüyü işlere, onun başladıgı yola hörmet ve ehtiramımı bildirirem, onun xatiresi qarşısında baş eyirem."
Azerbaycanın resmi qezeti olan "Azerbaycan"da Prezident H.Eliyevin müxtelif toplantılarda çıxışları verilib. Bu çıxışlarda prezident çox vaxt M.Kamalın dövletçilik sahesindeki tecrübesine esaslandıgını söyleyir.
1994-cü ilin noyabrında Ankarada Bilkend Universitetinde dahi Füzulinin 500 illik yubileyi keçirilir. Burada çıxış eden H.Eliyev Atatürkü böyük mehebbetle anır: "Dahi insan, böyük önder M.K.Atatürkün yaratdıgı Türkiye Cumhuriyyeti 71 il erzinde türkün, türk dünyasının, türk xalqının neye qadir oldugunu eyani şekilde xalqa beyan etdi."
Azerbaycan xalqı öz milli azadlıgı ugrunda mübarize apararken, milli istiqlaliyyetine nail olmaga, milli dövletçiliyini yaratmaga çalışaraq, daima türk xalqının desteyine, dayagına arxalanmış, M.K.Atatürkün yolu ile geden Türk Cumhuriyyetinin tecrübesinden behrelenmişdir."
"Azerbaycan" qezetinin 1997-ci ilde 14 may sayında H.Eliyevin Türkiyede herbi mektebin telebeleri ve Azerbaycan diasporu ile görüşünden söhbet açılır. Bu insanlar qarşısında çıxış eden H.Eliyev Atatürükü xatırlamadan keçinmir: "Türkiye Cumhuriyyeti ve onun şöhretli ordusu böyük önder M.K.Atatürk terefinden yaradılmışdır. Ne qeder sevindirici haldır ki, türk xalqı, Türkiye ve onun ordusu 77 ildir ki, öz qurucusu M.K.Atatürkün yolu ile gedir ve qelebelerden qelebelere gelir".
1999-cu ilin noyabrında Azerbaycan prezidenti Türkiyede Gülhane Herbi Tibb Akademiyasında semimi görüşler keçirir, bu görüşde terrorçularla mübarizede ayaqlarını itirmiş Mete Kurt adlı bir genc Heyder Eliyeve Atatürkün şeklini verir. Prezident bundan çox duygulanır ve söyleyir ki, bu fotolar menim üçün en deyerli hediyyedir. Dünen men M.K.Atatürkün adını daşıyan Beynelxalq Sülh Mükafatını aldım. Bu menim üçün iftixar hissidir".
Daha sonra prezident qazilere müraciet ederek söyleyir ki, qazilere hörmetim çour, çünki M.Kamal da qazi idi, silahdaşları da qaziler idi. Eger o qaziler olma saydı bugünükü Türikeye de olmazdı. Sizin kimi gencler Atatürk Cumhuriyyetini yaşadıb ve yaşadacaqlar. M.K.Atatürük Türkiyeni genclere emanet edibdir.
1999-cu ilde de H.Eliyev Atatürkün mezarını ziyaret ederken Azerbaycandan getirdiyi torpagı qoyur, söyleyir: - Biz bilirik ki, Türkiyenin her yerinden torpaq getirir, M.K. Atatürke hörmet ve ehtiram remzi kimi o torpagı mezarın yanına qoyurlar. Bu, heqiqeten böyük hadisedir, xalqın Atatürke, onun qoydugu yola, onun irsine, mirasına daim sedaqetli oldugunu bir daha gösterir.
Ilk defe olaraq Türkiyenin xaricinden - Azrbaycandan torpaq geldi, men o torpagı M.K.Atatürkün mezarı yanında Böyük Türkiyenin bütün diyarlarından getirilen torpaqlarla bir sırada qoydum. Bu bizim üçün tarixi hadisedir. Eyni zamanda onu gösterir ki, Türkiye torpagı kimi, bütün vilayetleri, diyarları kimi Azerbaycan da Türkiye ile baglıdır. M.K.Atatürkü özünün önderi, özünün qehremanı, özünün müdrik şexsiyyeti hesab edir.
Azerbaycan prezidentinin böyük Atatürke mehebbetinin sonuncu olaraq onun Beynelxalq Atatürk Sülh Mükafatına teqdim olunması sevindirici haldır. Bu önemli hadise ile ilgili çıxış eden "Azerbaycan" qezeti yazır: "Önder Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipi esasında dünyada sülhe, dövletler arasında dostluq, anlaşma ve xoş meramlı emekdaşlıq yaranmasına xidmet etmesi ve bu işlerin beynelxalq aleme yaxşı melum olması ve deyerlendirilmesi, xüsusen, Atatürkü ve Atatürkçü düşünceni çox yaxşı bilmesi, bundan örnek alması, çıxışlarında tez-tez bu mövzunu dile getirmesi, türk medeniyyetini ve tarixini dünyaya tanıtdırması nezere alınaraq Beynelxalq Sülh Mükafatı Komitesinin 1999-cu il 12 aprel tarixli qerarı ile 1999-cu il üçün Azerbaycan prezidenti H.Eliyevi Beynelxalq Sülh Mükafatına layiq gördüler."
Ölmez şair Xelil Rza Ulutürkün "Bagışla ey Veten" kitabında tez-tez Atatürkün adı çekilir. Istanbul-Bakı Hava yolunun açılması münasibeti ile 1989-cu ilde qeleme aldıgı bir şer çox maraqlıdır. Şer bele adlanır: "Yaşasın Od yurdu, qardaş Türkiye". Şerde M.Kamal Atatürke hesr olunmuş misralar şerin en gözel misralarıdır.
Beşerin yoludur Atatürk yolu,
Yagsa da yıldırım, boran, qar dolu.
Yar bu çovgunları ey genc Koroglu,
Sarmaşsın Od Yurdu, qardaş Türkiye.
Türkseverler tacı Mustafa Quran,
Ölmez millet üçün yaradan, quran
Sensen arxamızda dag kimi duran
Dayagım, od yurdum, arxam Türkiye!
Ölmez M.K.Atatürkün en böyük arzusu türksoylu, türkleri, xalqları qovuşmuş görmek idi. Bir çox Azerbaycan ziyalıları bütün türkdilli xalqları Turan adlı bir dünyada görmek istedikleri üçün buzlu Sibir çöllerine sürgün olundular, heyatlarını işgence ile başa vurdular. Ulutürk hem ölmez Atatürkün, hem de Azerbaycan aydınlarının bu müqeddes arzusunu misralara çevirir:
Birleşse türk uygur, türk özbek, tatar,
Elim Aya, Marsa, Zöhreye çatar.
Haray, ey qaqauz, türkqazax, balkar
Ey başqırt, ey türkmen, susursan niye?
Qovuşsun Türküstan, Atatürkiye.
Azerbaycanda çalışan türkiyeli aydınlar buradan müxtelif metbuat orqanlarında yazılar çap etdirerek tez-tez ölmez Atatürke müraciet edirler. Meselen, I.Dagıstanlı "Anadolu" milli mübarize illerinden bu günedek" adlı meqalesinde Atatürkün fotosu verilmişdir. Meqalede oxuyuruq: " Böyük önder M.K.Paşa milli herekatın sesini "Anadoluya ve dünyaya çatdırmaq üçün xeber agentliyinin yaradılmasının zeruri oldugu qenaetinde idi".
Onu da deyek ki, Anadolu Agentliyinin ilk baş direktoru Ehmed Agaoglu idi."
Azerbaycan aydınlarının Atatürk haqqındakı fikirleri qezet ve dergilerde özüne yer tapır. Meselen, prof. H.Allahverdiyevin çıxışındakı bu ifade diqqetden qaçmır: "Ölmez M .K.Atatürkün gözel bir kelamı var: millete efendilik etmek your, millete xidmet etmek var. Kim millete xidmet edirse, onun efendisi ola biler."
Başqa bir meqaleni Hacıyev yazıb. Meqale Axıska türklerinin tarixi barededir. Müellif M.Kamalın böyük azadlıq herekatına başlanmasından, türk torpaqlarının azad edilmesinden danışılır.
Azerbaycanda neşr edilen müxtelif kitablarda ölmez Atatürkün adı çekilir, fealiyyeti işıqlandırılır.
Azerbaycanın i stedadlı şairi N.Refibeylinin "Şanlı nesillerin yadigarıyam" kitabında bir neçe defe M.K.Atatürkün adı çekilir.
Azerbaycanının xarici işler naziri yazar, professor V.Quliyevin "Agaoglular" kitabında ölmez Atatürk unudulmadı. Bu kitabda Ehmed Agaoglunun Atatürk haqqında çox deyerli fikirleri var. E.Agaoglu yazır... Atatürükün ölümü meni tesevvür edilmeyecek qeder sarsıdır. Heyatımda ikinci defedir ki, sarsılıram. Bu gün onun ölümüne heç cür inana bilmirem. Daha dogrusu alışa bilmirem. O özü şexsen bir heyat deyilmi? O tükenmez, yorulmaq bilmeyen bir daşqınlıqdır. Bezen coşqun deniz dalgaları kimi hiddetli, bezen Vaqnerin müusiqisini andıran yaradıcı hemleler, bezen de müdhiş fırtınalara qedem qoyan qatı ve bogucu sukunetler... Onun bir deqiqesi digerine benzeyirdimi?
Bir başqa kitab Azerbaycan Türk Cumhuriyytinin azadlıq ugrunda canını feda eden M.E.Resulzade haqqında olsa da M.Kamalın da ismi hörmetle anılır. Bu kitabda dünyanın en böyük adamlarının, siyasi xadimlerinin fotosu verilib. Bu fotoların içinde Mustafa Kamalın fotosu hamının diqqetini çekir.
Dediklerimizden b ele netice çıxarmaq olar ki, ne qeder Azerbaycan adlı Odlar Yurdunda türk xalqı yaşayır, orada ölmez Atatürkün adı ebedi yaşayacaq. Bir sözle, dünyanın harasında türk var, orada Mustafa Kamal var. Dünya durduqca Mustafa Kamal yaşayacaq.


Tamilla
Abbasxanlý-Aliyeva
Filologiya elmleri namizedi